Azərbaycanda baş həkim istefa verdi


Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Fərid Təqdirov vəzifəsindən istefa verib.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“İki ilə yaxın Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi vəzifəsində çalışdım. Bu şans və etimad üçün bütün TƏBİB və İTSDA rəhbərliyinə təşəkkürümü bildirirəm. Artıq daha çox praktik cərrahiyyə ilə məşğul olmaq üçün istefa verdim. Neyrocərrahiyyə Xəstəxanasının kollektivinə uğurlar arzulayıram və mənimlə bu müddət işlədiklərinə görə minnətdarlığımı bildirirəm”, - paylaşımda bildirilib.
Qeyd edək ki, F. Təqdirov 2020-ci ilin oktyabrında TƏBİB-in İdarə Heyətinin sabiq sədri Ramin Bayramlının əmri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilib.  

DİGƏR XƏBƏRLƏR

Top