Ermənistan müxalifəti 40 gündən sonra Fransa meydanını boşaltmaq qərarına gəlib.
Yeniavaz.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə müqavimət hərəkatının rəhbəri İşxan Saqatelyan məlumat verib.
O bildirib ki, 40 gündən çoxdur İrəvanın mərkəzindəki Fransa meydanında qurulan çadırlar sabah söküləcək.
"Burada çadırların olub-olmamasından asılı olmayaraq, bu ərazi bizim hərəkatımıza məxsusdur. Hərəkat sübut etdi ki, bizim üçün bağlı ərazilər, küçələr yoxdur. Burada xidmətdə olan bütün vətəndaşlara minnətdarıq”,- deyə Saqatelyan vurğulayıb.