
Türkiyənin Esenyurt rayonunda bir şəxs tapança ilə yoldan keçən qadınlara tərəf atəş açıb və qaçıb.
Yeniavaz.com xəbər verir ki, bu anların görüntüləri sosial şəbəkələrdə yayılıb.
Hüquq-mühafizə orqanları atəş açılan əraziyə baxış keçirdikdən sonra şübhəlini saxlayıblar. Daha sonra şübhəli və hücuma məruz qalan şəxslər dindirilmələri üçün polis bölməsinə aparılıblar. Burada isə maraqlı anlar yaşanıb.
Dindirilmə zamanı atəş açılan qadınlardan bütün bunların əvvəlcədən quraşdırılmış bir “tamaşa” olduğunu deyib:
“Kadrlardakı qadın bizim qohumumuzdur. O, qəza nəticəsində yaddaşını itirib. Yaddaşının geri gəlməsi üçün həkimi “Onun şoka düşməsi lazımdır” dedi. Biz də belə bir şey planlaşdırdıq”.
İstanbul'da fıkra gibi olay: Hafıza kaybı yaşayan kadın için doktoru 'şok geçirmesi lazım' dedi, akrabaları kurusıkı tabanca ile saldırı düzenledi.https://t.co/VLyMOxBaij pic.twitter.com/fm66tIwLa5
— TRT HABER (@trthaber) June 11, 2022