ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlir


ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün iyunun 14-dən 19-dək Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb.
Məlumatda bildirilir ki, Dövlət katibinin köməkçisi Donfrid hər üç ölkə ilə diplomatik əlaqələrin 30-cu ildönümünü qeyd edərək, ABŞ-ın onların suverenliyi və müstəqilliyinə dəstəyini vurğulayaraq, Azərbaycan, Gürcüstan və Ermənistanın öz yollarınımüəyyən etmək hüququnun olduğunu vurğulayacaq. O, həmçinin ABŞ-ın bütün regionda siyasi, iqtisadi və insanlar arasında əlaqələrin inkişafını dəstəkləməklə Cənubi Qafqazda davamlı sülhün qurulmasına kömək etməyə hazır olduğunu vurğulayacaq. Karenr Donfrid iyunun 15 və 16-da Bakıya səfərdə olacaq və burada prezident İlham Əliyev, digər hökumət rəsmiləri və vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcək. Dövlət katibinin köməkçisi ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində diplomatik səylərə dəstəyini vurğulayacaq, Ukraynaya humanitar dəstəyə görə Azərbaycana təşəkkür edəcək və Avropanın enerji təhlükəsizliyinin təşviqi, transmilli təhdidlərlə mübarizə, fundamental azadlıqların dəstəklənməsi və ikitərəfli ticarətin inkişafı sahəsində tərəfdaşlığı vurğulayacaq.
 

DİGƏR XƏBƏRLƏR

Top