Son sutkada 1731 peyvənd vurulub

Azərbaycanda son sutkada 1 731 nəfər vaksinasiya olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 259, ikinci doza vaksinlərin sayı 143 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 212-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 117 olub.

DİGƏR XƏBƏRLƏR

Top