Ukraynadakı böhran 1,6 milyard insana təsir edib - BMT


Ukraynada son üç ayda yaranmış vəziyyət dünyada 1,6 milyard insana təsir edib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı BMT Baş katibinin Qlobal Qida, Enerji və Maliyyə Böhranına Cavab Qrupu dərc edib.
“Ukraynada münaqişənin başlamasından üç aydan çox vaxt keçib. Oradakı böhran 1,6 milyard insanın həyatına təsir edib”, - bəyanatda deyilir.
BMT-nin baş katibi Antonio Quterreş və BMT-nin Ticarət və İnkişaf Konfransının rəhbəri Rebeka Qrinspan iyunun 8-də bu mövzuda mətbuat konfransında çıxış edəcəklər.

 

DİGƏR XƏBƏRLƏR

Top