Rusiyada azərbaycanlı adının "qəribəliyinə" görə saxlanılıb


Rusiyanın paytaxtı Moskvanın hava limanında "Я Замир" (Mən Zamirəm-red) yazılı plakat tutan Azərbaycan vətəndaşı saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə rusiyalı jurnalist Viktor Şenderoviç feysbukda yazıb. O bildirib ki,  azərbaycanlı Rusiya Silahlı Qüvvələrini nüfuzdan salma şübhəsi ilə saxlanılıb.
Belə ki, Rusiyanın hüquq-mühafizə orqanları onun bu yazısını sülhə çağırış ("Я за мир", tərc.: "Mən sülh tərəfdarıyam") kimi başa düşdüyü üçün saxlayıb.
Saxlanılan azərbaycanlının adının Zamir olması müəyyən ediləndən sonra o, sərbəst buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top