Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Yeniavaz.com xəbər verir ki, səfirin sosial şəbəkə hesabındakı paylaşımda deyilir:
“Azərbaycanın Müstəqillik Gününü səmimi qəlbdən təbrik edirəm. Bu çətin günlərdə Ukraynaya göstərilən dəstəyə görə Azərbaycana minnətdarıq. Dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirik və hər iki ölkə üçün faydalı olan güclü əlaqələrin genişləndirilməsinə ümid edirik”.