Ərdoğanın Azərbaycana səfəri başa çatdı - Fotolar + Yenilənib


Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına işgüzar səfəri mayın 28-də başa çatıb.

Yeniavaz.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim olundu.

Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.


***14:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycana işgüzar səfərə gəlib.
Yeniavaz.com 
xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.




***12:51

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

***27 may, saat 23:42
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana birgünlük səfərə gəlir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Azərbaycanın Müstəqillik Günündə baş tutacaq səfər çərçivəsində prezident Ərdoğan Türkiyə xaricində ilk dəfə paytaxt Bakıda təşkil edilən aviasiya, kosmos və texnologiya festivalı “TEKNOFEST Azərbaycan”ı ziyarət edəcək.

DİGƏR XƏBƏRLƏR

Top