İcra başçısı sakinlərlə görüşdü - Fotolar


Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü Mingəçevir kənd sakinləri ilə keçirilib.
Yeniavaz.com
xəbər verir ki, səyyar görüşdə maraqlı təkliflər irəli sürülüb.
Görüşü giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkəmizdə və Mingəçevirdə aparılan tədbirlər haqqında sakinlərə məlumat verib:
“Hazırda şəhər sakinlərinin arzu və istəyi nəzərə alınmaqla su kanalizasiya xətlərinin yenilənməsi uğurla davam edir. Yaxın vaxtlarda bu istiqamətdə kənd yaşayış massivində işlər həyata keçiriləcək”.
Kənd sakinlərdən Etibar Əhmədov, İbrahim İlyasov, Azadə Ramazanova, İmran Yolçuyev, Müseyib Mustafayev, Mübariz Əhmədov, Mətanət Bayramova, Vəfa Bayramova, Firdovsi Mustafayev və başqaları çıxış edərək belə səyyar görüşlərin keçirilməsini alqışlayıb və onlara göstərilən bu diqqət qayğıya görə ölkə rəhbərinə və şəhər icra hakimiyyətinə minnətdarlıqlarını bildiriblər.
Qaldırılan problemlər, əsasən, uzun illər kənddə kanalizasiya sisteminin olmaması, işsizlik, kənddə suvarma sularına ehtiyacın olması, işıqlanmanın zəifliyi, 18 nömrəli uşaq bağçasının təmirə ehtiyacı, uşaqlar üçün əyləncə meydanlarının olmaması ətrafında idi.
Mingəçevir kəndində az təminatlı ailələr kommunal xidmət pullarını ödəməkdə çətinlik çəkdiklərini bildiriblər. Sakinlər gələcək bələdiyyə seçkilərində kənddən də bir nümayəndə təmsil olunmasını istəyiblər.
Başçı İlham İsmayılovun qaldırılan problemlərin həlli üçün zəruri olan işlərin görüləcəyini bildirib və aidiyyəti idarə və təşkilat rəhbərlərinə, icra hakimiyyətinin nümayəndələrinə tapşırıqlarını verib.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top