Qurban Qurbanova “Şöhrət” ordeni təqdim edildi


Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmiş “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanova bu ali mükafat təqdim olunub.

Yeniavaz.com AFFA-nın saytına istinadla xəbər verir ki, mükafatı baş məşqçiyə mayın 25-də AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.
R. Abdullayev təcrübəli mütəxəssisə “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə bir daha təbriklərini çatdırıb, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Q. Qurbanov fəaliyyətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top