“SOCAR-ın adından yayılan xəbərlər həqiqəti əks etdirmir”


Dövlət Neft Fondu (ARDNF) fişinq hücumları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə rəsmi açıqlama yayılıb. Bildirilib ki, son həftələr ARDNF-nin, eləcə də Dövlət Neft Şirkətinin (SOCAR) adından geniş yayılan vətəndaşların individual əsasda neft və qaz treydinqi fəaliyyəti haqqında xəbərlər, təqdim olunan müvafiq onlayn platforma tamamilə yalnışdır və həqiqəti əks etdirmir.

"Bu paylaşımların ARDNF-in fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun xəbər mənbələrində əks olunmuş rəsmi məlumatları izləməyi tövsiyyə olunur”, - deyə açıqlamada qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top