Azərbaycan dili fənni üzrə imtahan nəticələri açıqlandı


Məlum olduğu kimi, 2022-ci il 8 may tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin cari ilin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib.

DİM-dən Yeniavaz.com-a verilən xəbərə görə, İmtahan nəticələri mayın 20-də saat 17:36-dan etibarən DİM-in internet səhifəsində yerləşdirilib. Cari ilin məzunları 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), əvvəlki illərin məzunları isə iş nömrəsi və şəxsi kabinetinin parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top