Z və V hansı mənanı daşıyır? - Rusiya MN-dən açıqlama


“Z və V hərfləri rəsmi hərbi simvollar (təyinatlar) deyil və xüsusi məna daşımır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən Moskva Şəhər Dumasının deputatı Yevgeni Stupinin rus texnikalarının üzərində olan Z və V hərfləri barədə sorğusuna cavab olaraq bildirilib.
“Bu barədə mənim xahişimlə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Mən heç bir məhkəmə işində RF Müdafiə Nazirliyinin cavabından istifadə edilməsinə etiraz etmirəm”, - Stupin sosial şəbəkə hesabında yazıb.

DİGƏR XƏBƏRLƏR

Top