Nehrəm sakinindən Vasif Talıbova müraciət - Video


Babək rayon Nehrəm qəsəbəsi sakini Seyran Nağıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, onun videomüraciəti “Gündəlik Naxçıvan” səhifəsində paylaşılıb.
O, işinin əlindən alınmasından, susuzluğa görə 4 hektardan çox taxıl sahəsinin quruduğundan narahatlığını bildirib:
“Cənab sədr, 4 hektar yarım taxılımı yandırdılar. İndi də gəlmişəm filankəsin yerini suvarıram ki, 3-5 qəpik ailəmə çörək qazanım. Nehrəmin bələdiyyə sədri Cəmşid gəldi dedi ki, taxılı suvarma. Öz qaynını gətirdi qoydu ora ki, söz-söhbət çıxmasın. Kimə də deyirik, Cəmşid deyir ki, “mən deyəndir”. Biz də yazıqıq, torpaqla dolanırıq. Xahiş edirəm, bu işə son qoyaq. Mənim ailəm çöllərdə yanıb tökülür, su tapa bilmirik. İndi kimin adamı varsa dolanacaq, kimin adamı yoxdursa, dolanmayacaq?”

DİGƏR XƏBƏRLƏR

Top