Elizabet Born Fransanın yeni Baş naziri oldu - Yenilənib


Fransada indiyədək Əmək Nazirliyinə rəhbərlik etmiş Elizabet Born ölkənin yeni baş naziri olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yelisey sarayının bəyanatında deyilir. “Respublika prezidenti Emmanuel Makron Elizabet Bornu baş nazir təyin edib və ona yeni hökuməti qurmağı tapşırıb”, -deyə qeyd olunub.

Əvvəllər Əmək, Məşğulluq və İnteqrasiya Nazirliyinə rəhbərlik etmiş Elizabet Born Fransanın yeni baş naziri olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Born artıq prezidentlə görüşmək üçün Yelisey sarayına gəlib. 

***19:35

Fransanın Baş naziri Jan Kasteks istefa verib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Yelisey Sarayından bildirilib. Fransa Prezidenti Emmanuel Makron Kasteksin istefasını qəbul edib.
 

DİGƏR XƏBƏRLƏR

Top