Mingəçevirdə 300-dən çox Eldar şamı quruyub


Mingəçevir şəhəri Heydər Əliyev prospekti, Sahil və Füzuli parklarında, eləcə də digər ərazilərdə üst-üstə 301 Eldar şamı quruyaraq kütləvi şəkildə məhv olub.

Bu barədə Yeniavaz.com-a Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin nümayəndəsi Tahir Abdullayev məlumata verib.
T. Abdullayev bildirib ki, onlar həm öz təşəbbüsləri, həm də sakinlərin müraciətləri əsasında ərazilərə baxış keçirərək qurumuş və vegetasiya dövrü bitmiş Eldar şamlarını müəyyən edib.
İdarə bununla əlaqədar bələdiyyəyə müraciət edərək onların kəsilməsinin zəruri olduğunu bildirib.
T. Abdullayevin sözlərinə görə, kütləvi qurumaya naməlum xəstəlik səbəb olub.
Qeyd edək ki, qurumanın ən çox müşahidə edildiyi Sahil parkında şamların qeyri-adi şəkildə soyulması da diqqət çəkir. Ərazi sakinlərinin bəziləri bunu uşaqların törətdiyini, digərləri isə təbii quruma nəticəsində baş verdiyini deyir.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top