Paşinyanın müavini beynəlxalq axtarışa verilibmiş... - Foto


Ermənistan Baş naziri Nikol Paşinyanın müavini Ambartsum Matevosyan beynəlxalq axtarışa verilib.
Yeniavaz.com
erməni mətbuatına istinadla xəbər verir ki, buna səbəb ordudan yayınması olub.
Bildirilib ki, A. Matevosyan 2011-ci ildə Ermənistan Polis Təşkilatı tərəfindən beynəlxalq axtarışa verilib. Lakin 2012-ci ildə axtarış dayandırılıb.
Qeyd olunub ki, Matevosyanın Ermənistan Cinayət Məcəlləsinin 327-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq (hərbi xidmətə, təlimə və ya hərbi təlimə çağırışdan yayınma) ittiham olunduğu cinayət işinin taleyi hələ də məlum deyil.
O, cinayət işi ilə bağlı Ermənistan mətbuatının suallarını cavablamaqdan imtina edib.
Həmçinin qeyd edilib ki, Baş nazirin müavini Ermənistan Silahlı Qüvvələrində xidmət etməyib.

DİGƏR XƏBƏRLƏR

Top