Türkiyədə partiya rəhbəri naziri "söhbət"ə çağırdı - Video


Türkiyənin Zəfər Partiyasının sədri Ümid Özdağ ölkənin daxili işlər naziri Süleyman Soylunu nazirliyin qarşısında görüşməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında yayımladığı videomüraciətdə bildirib.
Ü. Özdağ qeyd edib ki, S. Soylu onu təhqir edib:
"DİN başçısı bir televiziya çıxışında mənim haqqımda bunları dedi: "Mən onu adam, insan yerinə qoymuram, bu, heyvandan aşağı bir adamdır, "Soros övladı"dır (Corc Soros - amerikalı treyder, maliyyəçi, investor və xeyriyyəçi - red.). Kəşfiyyatçı olduğu çox açıqdır, heysiyyətsiz adamdır"".
Partiya rəhbəri bildirib ki, o nazirin təhqirlərinə təhqirlə cavab verməyəcək:
“Mən sabah təkcə, silahsız Daxili İşlər Nazirliyinin önünə gedəcəyəm. Süleyman, zərrə qədər şərəfin varsa, saat 11-də (Bakı vaxtı ilə saat 12:00) məni qapının önündə gözlə. Səni sabah DİN-in önündə tapacağam. Saat 11-də kişisənsə, orada gözlə”.

DİGƏR XƏBƏRLƏR

Top