Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb.
Yeniavaz.com xəbər verir ki, Zelenski bu barədə tvitter səhifəsində yazıb.
“Şarl Mişel bu gün Kiyevdədir. Biz Rusiyaya qarşı sanksiyalar, dövlətimizin müdafiə və maliyyə dəstəyi, həmçinin Aİ meyarlarına uyğunluğu ilə bağlı sorğunun cavablarını müzakirə etdik. Mənalı görüşə və həmrəyliyə görə ona təşəkkür edirəm”, - deyə o qeyd edib.