“Generallar “poxmel”dən ayılıblar ki, ordu zibil günündədir” – Rus milyarder


“Mən bu ağılsız müharibənin heç bir faydasını görmürəm. Günahsız insanlar və əsgərlər ölür”.
Yeniavaz.com
xəbər verir ki, bunu rusiyalı iş adamı, “Tinkoff Bank”ın qurucusu Oleq Tinkov sosial şəbəkə hesabında yazıb.
“Generallar “poxmel”dən ayılıb başa düşüblər ki, ordu zibil günündədir. Əgər ölkədə hər şey zibil və nepotizm, nökərlik və qulluqçuluğa qərq olubsa, orduda vəziyyət necə yaxşı ola bilər. Kreml rəsmiləri yayda nəinki onların, hətta uşaqlarının da Aralıq dənizinə getməyəcəyindən şoka düşüblər. İş adamları əmlakın qalan hissəsini xilas etməyə çalışırlar. Əlbəttə ki, “Z”ni çəkən axmaqlar var, amma onlar ölkədəkilərin 10%-ni təşkil edən axmaqlardır. Rusların 90%-i bu müharibəyə qarşıdır. Hörmətli “kollektiv Qərb”, lütfən, cənab Putinin üzünü xilas etmək və bu qətliamı dayandırmaq üçün ona aydın çıxış imkanı verin. Xahiş edirəm daha rasional və humanist olun”, - Tinkov qeyd edib.
Qeyd edək ki, “Forbes” jurnalının 5 fevral 2022-ci il tarixinə olan məlumatına görə, O. Tinkov dünyanın ən zəngin adamları siyahısında 608-ci, 2021-ci ildə Rusiyanın ən zəngin iş adamları siyahısında 4,7 milyard dollar sərvəti ilə 32-ci yerdə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top