Mingəçevirdə “Qarabağ Azərbaycandır” adlı bilik yarışı keçirilib - FOTOLAR


Vətənpərvərlik tərbiyəsinə xidmət edən bilik yarışı yaddaşlara həkk olundu. Tarixini bilməyən xalqın gələcəyi olmaz - deyiblər. Bir xalq kimi bizim də tariximizin kökü çox qədimdir. Hər birimiz tariximizi bilməli, onu gələcək nəslə layiqincə çatdırmalıyıq. Bu şərəfli iş müəllimlərin üzərinə daha çox düşür. Onlar da çalışır ki, dilimizi, tariximizi, maddi-mənəvi dəyərlərimizi şagirdlərə tanıdsın, sevdirsin və təhrif etmədən olduğu kimi gələcək nəslə ötürsünlər. Bu məqsədlə Mingəçevir 1 saylı tam orta məktəbin tarix müəllimi Fizuli Əhmədovun təşəbbüsü və təşkilatçılığı ilə IX siniflər arasında “Qarabağ Azərbaycandır!” şüarı altında bilik yarışı keçirilib. Qeyd edək ki, yarış Vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda vermiş şəhidlərimizin ruhuna həsr edilib. Yarışmadan öncə məktəbin direktoru Əliyar Yusifov çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Daha sonra Dövlət himni səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və Xocavənd komandası, münsiflər heyəti və orta məktəb direktorları iştirak edib. Yarışda anlamlı olaraq 44 sualdan istifadə edilib. Yarış 3 mərhələdən ibarət olmaqla hər mərhələ arası məktəbilərin vətənpərvərlik ruhunu təbliğ edən musiqi ifa ediblər. Fizuli Əhmədovun təşəbbüsü ilə keçirilmiş yarış şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirdi. Şagirdlərin sevincinin hədd-hüdudu yox idi. Komandaların yarışmada göstərdikləri təqdimatları onların 44 günlük vətən müharibəsində  baş verən bütün hadisələr, nəticələr və s. vətənimizə və Azərbaycan tarixi fənninə olan sevgisinin təzahürü idi. Tədbirdə iştirak edən qonaqlar Şanlı tariximizi şagirdlərə sevdirə bildirdiyinə görə Fizuli müəllimə öz təşəkkürlərini etdilər. Bildirilib ki, belə yarışmaların şagirdlərin bilik əldə etməsi baxımından çox önəmlidir.
Sonda bilik yarışında fəal iştiraklarına görə şagirdlərə tərifnamələr təqdim olunmuşdur.



Esmira Hidayətova, Mingəçevir.

 

DİGƏR XƏBƏRLƏR

Top