5 ölkə lideri Kiyevdə


Latviya, Litva, Polşa və Estoniya prezidentləri Egils Levits, Qitanas Nauseda, Anjey Duda və Alar Karis Ukraynanın baş naziri Denis Şmıqalla birlikdə Kiyev vilayətinin Borodyanka kəndinə səfər ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Şmıqal öz “Telegram” kanalında bildirib. "Aİ-nin dörd ölkəsinin prezidentinin Kiyev regionuna səfəri Ukraynanı dəstəkləyən güclü beynəlxalq koalisiyaya dəlalət edir", -.deyə o qeyd edib.
Liderlər həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər. Şmıqal əlavə edib ki, tərəflər Rusiyaya qarşı genişmiqyaslı sanksiyaların tətbiqini müzakirə ediblər. Ukrayna hökumətinin başçısı həm də Kiyevə göstərilən yardıma görə tərəfdaşlara təşəkkür edib.
 

DİGƏR XƏBƏRLƏR

Top