
Ukraynalı siyasətçi Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenko Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək ərinin azad edilməsinə köməklik göstərilməsini xahiş edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Ərdoğana ünvanladığı videomüraciətdə deyib. "Sizin böyük səlahiyyətiniz var. Sizə hörmət edirlər və qulaq asırlar. Hörmətli cənab Prezident, sizdən xahiş edirəm, mənim ərim Viktor Medvedçuku xilas etmək və azad etmək üçün köməklik göstərəsiniz"-deyə o bildirib