Yaponiya ukraynalı qaçqınlara yenidən yardım göndərəcək


Yaponiya hökuməti Ukraynanı tərk etməyə və qonşu ölkələrdə məskunlaşmağa məcbur olan qaçqınlara humanitar yardım çatdıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Bu səbəblə Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus təyyarələrdən istifadə imkanlarını nəzərdən keçirməyə başlayıb. Qeyd olunur ki, söhbət xüsusilə hərbi təyyarələrlə Polşa ərazisinə humanitar yardımın çatdırılmasından gedir. Yaponiya bu günə qədər beynəlxalq təşkilatlar vasitəsilə ukraynalı qaçqınlara 200 milyon dollar məbləğində humanitar yardım göndərib.
 

DİGƏR XƏBƏRLƏR

Top