“Putinə Buçada gördüklərimi demək istədim, mübahisə etdik”


Avstriya kansleri Karl Nehammer Rusiya prezidenti Vladimir Putinlə görüşün təəssüratlarından danışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kurier” qəzeti məlumat yayıb.
Nehammerin sözlərinə görə, bu, dostluq səfəri olmayıb, o, Putinin gözünün içinə baxmaq və Buçada gördüklərini danışmaq istəyib:
"Bütövlükdə görüşdən heç bir müsbət təəssürat almadım. Mən pessimistəm. Putin hərbi məntiqə keçib. Bütün əlamətlər tufana işarə edir".
Avstriya kansleri əmindir ki, Putin beynəlxalq ictimaiyyətə və beynəlxalq hüquqa inanmır.
Həmçinin, onların arasında mübahisə yaranıb və bu zaman Rusiya prezidenti Buçada baş verənlərə görə Ukraynanın günahkar olduğunu təkid edib.
Qeyd edək ki, Avstriya kansleri Karl Nehammer ilə Rusiya prezidenti Vladimir Putinin Novo-Oqaryevodakı iqamətgahında söhbəti 75 dəqiqə davam edib.

DİGƏR XƏBƏRLƏR

Top