
Kiyevdə rəsmi səfərdə olan Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Ukrayna Prezidenti Volodimir Zelenskiyə sorğu anketini təqdim edərək bildirib ki, bu sorğu vərəqəsi Ukraynanı Avropa İttifaqına daxil olmasını yaxınlaşdıra bilər.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, sənəd Avropa Komissiyasına Ukraynanın Avropa İttifaqına daxil olması məsələsinin müzakirəsinə başlamaq üçün Aİ Şurasına imkan verəcək.