Çernobılda xəndək qazan rus əsgərləri radiasiyaya məruz qalıb - KİV


Ukraynaya məxsus Çernobıl AES-i ələ keçirən rus əsgərlərinin yüksək radiasiya səviyyəsinə məruz qaldığı və xəstələndikləri barədə məlumatlar yayılıb. 
Yeniavaz.com “İnsider”ə istinadən xəbər verir ki, Rusiya qoşunları AES-ə nəzarəti ukraynalı personala təhvil verib. 
Bildirilir ki, ruslar AES-i hücumun ilk günü - fevralın 24-də ələ keçiriblər. Qoşunlar heç bir qoruyucu vasitə olmadan Çernobıl AES-in ən çirklənmiş hissəsinə - "Qırmızı Meşə"yə daxil olub və radioaktiv tozun təsirinə məruz qalıblar.
“The Guardian” yazır ki, Ukraynanın dövlət enerji şirkəti olan “Energoatom” əsgərlərin "Qırmızı Meşə"də xəndək qazdıqdan sonra “əhəmiyyətli dozada” radiasiya qəbul etdiyini və xəstəliyin ilk əlamətində panikaya düşdüklərini bildirib.
“Reuters” xəbər verir ki, “Energoatom” radiasiyaya məruz qalma qorxusu fonunda əsgərlər arasında iğtişaşlar yaranmağa başladığını və onların zonanı buna görə tərk etmələrini irəli sürüb.
BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi yaxın günlərdə AES-ə ekspertlər göndərəcəyini bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top