Ukrayna ordusu daha bir şəhəri azad etdiklərini açıqladı


Kiyev vilayətinin Buça şəhəri Rusiya hərbçilərindən azad olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Buçanın meri Anatoli Fedoruk şəhərin Rusiya qoşunlarından azad edildiyini təsdiqləyib. Mer vurğulayıb ki, şəhərin azad edilməsinə dünən, martın 31-dən başlanılıb.
Qeyd edək ki, martın 25-də Buçaya “qəhrəman şəhər” fəxri adı verilib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top