Serbiyada mədəndə partlayış - Ölənlər var


Serbiyanın Sokobanya kəndi yaxınlığındakı Soko kömür mədənində Bakı vaxtı ilə saat 07:00 radələrində metan partlayışı baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Veçerne Novosti” qəzeti məlumat yayıb.
Serbiya milli televiziyasının məlumatına görə, 8 şaxtaçı həlak olub, daha 20 nəfər yaralanıb.
Yerin altında qalan mədənçilərin sayı barədə dəqiq məlumat yoxdur. Hazırda xilasetmə əməliyyatı aparılır.

DİGƏR XƏBƏRLƏR

Top