Müharibə başladıqdan sonra 150 jurnalist Rusiyanı tərk edib


Ukraynada müharibə başlayandan sonra təxminən 150 jurnalist Rusiyanı tərk edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Agentstvo” məlumat yayıb.
Bildirilir ki, son bir neçə gün ərzində jurnalistlər kütləvi şəkildə Rusiyanı tərk edirlər.
Nəşr yazır ki, 17 redaksiyanın əməkdaşlarından müsahibə götürülüb və bu nəticələr əldə edilib:
Bir çox media orqanlarında jurnalistlərin əhəmiyyətli bir hissəsi - məsələn, “Meduza”nın, demək olar ki, bütün Moskva redaksiyasını - təxminən 20 nəfər tərk edib. “Dojd”, “Exo Moskvı” və “Novaya qazeta”nın jurnalistləri də gedib.
Bəzi həmkarlar, məsələn, “Dojd”un baş redaktoru Tixon Dzyadko, həmin kanalın aparıcısı Mixail Fişman, “Republic” nəşrinin baş redaktoru Dmitri Kolezev, kino tənqidçisi Anton Dolin getdiklərini açıq elan ediblər.
Qərbin aparıcı KİV-lərinin ofisləri də boşaldılıb. “BBC”nin rus xidmətinin (ən azı 15 nəfər), “Bloomberg” və “Azadlıq Radiosu”nun əməkdaşlarının əksəriyyəti Rusiyanı tərk edib.

DİGƏR XƏBƏRLƏR

Top