Kadırov Yaponiyanın sanksiyasını məsxərəyə qoydu: "Ninjalara qoşulacam..."


Çeçenistanın rəhbəri Ramzan Kadırov Yaponiyanın ona qarşı sanksiyalarını məsxərəyə qoyub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, özünün “telegram” kanalında yazıb.
"Yaponiya Rusiya vətəndaşlarına qarşı sanksiya tətbiq edib, onların arasında mənim də var. Mən dövlətlərin və onların avropalı əlaltılarının ucuz siyasətini yeni anlamağa başlamışam. Onlar güclü fəaliyyət nümayiş etdirmək üçün sanksiyalar tətbiq edirlər və mənim mövcud olmayan bank hesablarımı dondururlar. Amma çoxəsrlik ənənələri olan nəcib davranışlara malik ölkə, həmişə bütün dünyadan fərqlənən Yaponiya birdən-birə Avropanın təsiri altına düşdü”, – Kadırov “Telegram” kanalında yazıb.
O, Yaponiyanın maliyyə sanksiyalarını məsxərəyə qoyaraq bildirib ki, indi ona "anime izləmək və albalı çiçəklərindən həzz almaq" qadağan edilib.
“Mən ninjaların sıralarına qoşulacağam və bunu gizli edəcəyəm” - Çeçenistan rəhbəri əlavə edib.
Kadırov “cavab tədbirləri” olaraq bildirib ki, Yaponiya rəhbərliyi Braquni və Samaşki kəndlərindəki ruhi xəstəxanalar istisna olmaqla, çeçen torpağına ayaq basmamalıdır.
"Onların bütün əmlakına və bank hesablarına həbs qoyulub, satılacaq və vəsait Kuril Adalarının İnkişaf Fonduna göndəriləcək. Amma ciddi olaraq, bilirsiniz ki, heç bir ölkənin sanksiyaları məni maraqlandırmır. Mən yalnız bir şeydən qorxuram - Uca Allahın sanksiyaları altına düşmək!" - Kadırov yekunlaşdırıb.

DİGƏR XƏBƏRLƏR

Top