
Kiyev vilayətində rus işğalçıları Qostomel icmasının rəhbəri Yuri Prilipkonu güllələyiblər.
Yeniavaz.com “unian”a istinadla xəbər verir ki, bu barədə Qostomel kənd sovetindən məlumat verilib.
“Qostomel icmasının sədri Yuri İliç Prilipko dünyasını dəyişib”, - məlumatda deyilir.
Prlipko insanlara humanitar yardım apararkən yanındakı digər iki nəfər - Ruslan Karpenko və İvan Zorya ilə birgə vurulub.
"Heç kim onu işğalçıların gülləsi altına girməyə məcbur etməyib. O da digər yüzlərlə insan kimi zirzəmidə otura bilərdi. Onu kim qınaya bilərdi? Amma onu gözləyirdilər, ümid edirdilər, inanırdılar. Və o, öz seçimini etdi”, - kənd soveti yazıb.
Qeyd edək ki, Prilipkonun ölüm xəbəri martın 3-də yayılmışdı. Daha sonra tanınmış ukraynalı politoloq Yuri Romanenko hadisə şahidlərinə istinadən bildirib ki, işğalçılar Prilipkonu düz evinin həyətində güllələyiblər. Ancaq sonra bu məlumat təkzib edildi . Prilipko həqiqətən atəşə tutulsa da, sağ qaldığı məlum oldu.