London məhkəməsi “Brexit” qərarını verdi

Böyük Britaniya hökuməti ölkənin Avropa İttifaqından (Aİ) çıxması proseduruna başlamaq üçün parlamentin təsdiqini almalıdır. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Londonun Ali Məhkəməsinin hökmündə deyilir. Bununla da hakim parlamentdə səsvermənin olmayacağını, çünki britaniyalıların əksəriyyətinin öz iradəsini bildirdiyini bəyan edən hökumətin arqumentini rədd edib. Məhkəmədə hökümətin maraqlarını təmsil edən hüquqşünas bildirib ki, bu qərardan ölkənin ali məhkəməsinə şikayət ediləcək. Xatırladaq ki, britaniyalıların əksəriyyəti iyunun 23-də keçirilmiş referendumda Aİ-dən çıxmağın lehinə səs verib. Hərçənd Şimali İrlandiya və Şotlandiya Aİ-də üzvlüyün saxlanılmasını dəstəkləyib, İngiltərə və Uels isə çıxmağın lehinə səs verib. Baş nazir Tereza Mey daha əvvəl bəyan etmişdi ki, Britaniya gələn ilin martından “Brexit” prosesinə başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top