Xarkov bombalandı: 2-si uşaq olmaqla, 8 nəfər öldü - VİDEO


İzyum (Xarkov vilayəti) merinin müavini Vladimir Matsokinin sözlərinə görə, rus qoşunlarının martın 2-dən 3-nə keçən gecə şəhərə endirdiyi zərbə nəticəsində 2-si uşaq olmaqla 6 mülki şəxs həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Suspilne” məlumat yayıb.
Matsokinin sözlərinə görə, hücum yerli vaxtls saat 23:59-da başlayıb və raket zərbələri hündürmərtəbəli binaya, fərdi yaşayış evinə dəyib. Şəxsi evdə azı üç mülki şəxs həlak olub. Daha sonra şəhər meri itkiləri dəqiqləşdirib: İzyumdakı fərdi evdə 8 nəfər ölüb, onlardan ikisi uşaqdır.
Sosial şəbəkələrdə Xarkov vilayətinin İzyum şəhərinə gecə hava hücumundan sonra yaranmış vəziyyəti əks etdirən kadrlar yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top