Ukraynanın ən böyük Atom Elektrik Stansiyası olan Zaporijjya AES-in yerləşdiyi Enerqodarın sakinləri şəhərlərini rus qoşunlarından qorumaq üçün yola çıxıblar.
Yeniavaz.com “reform.by”a istinadla xəbər verir ki, onlar rus qoşunları tərəfindən qumbaraatanlardan və atıcı silahlardan atəşə tutulub. Hadisə şahidlərindən biri tərəfindən lentə alınıb.
Videonu lentə alan şəxs, nümayişçilərdən birinin ayağından vurulduğunu deyib.