Kiyevdə teleqüllə vuruldu, telekanalların yayımı dayandı - VİDEO + YENİLƏNİB


Kiyevdə telekanalların yayımı dayandırılıb.

“Ukrayna-24” telekanalının məlumatına görə, ehtiyat siqnal ötürülməsi qurulana qədər telekanalların yayımı bir müddət kəsiləcək.
Qeyd edək ki, bu gün Rusiya ordusu Kiyevdə teleqülləni raketlə vurub. Hadisə nəticəsində 5 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı bildirilir.

***19:21
Ukraynanın paytaxtı Kiyevin teleqülləsi Rusiya qüvvələrinin atəşinə məruz qalıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat yayıb.

 

DİGƏR XƏBƏRLƏR

Top