Hakerlər məşhur rus saytını blokladı: "Putin bizi məcbur edir..." - FOTO


“Anonymous” kollektivi Rusiyanın “TASS” xəbər agentliyinin rəsmi saytını bloklayıb.
Yeniavaz.com
xəbər verir ki, sayta daxil olduqda “Anonymous”un bildiriş paneli açılır.
“Hörmətli vətəndaşlar. Sizi bu çılğınlığa son qoymağa çağırırıq, oğullarınızı və ərlərinizi qəti ölümə göndərməyin. Putin bizi yalan danışmağa məcbur edir və bizi təhlükəyə atır. Nüvə müharibəsi istəyirsiniz? Hamınız onun üçün ölmək istəyirsiniz? Hərəkət etmək vaxtıdır! Küçələrə çıxın”, -paneldə yazılıb.
Açılan pəncərədə həmçinin qeyd edilib ki, Ukraynada 5300 rus əsgəri zərərsizləşdirilib – Birinci Çeçen Müharibəsindən daha çox.
Qeyd edək ki, “Anonymous” müasir beynəlxalq aktivistlər və hakerlər şəbəkəsidir. Onlar 25 fevralda Rusiyaya kibermüharibə elan ediblər.


DİGƏR XƏBƏRLƏR

Top