Ukraynada ümumi səfərbərlik elan olundu


Ukraynada ümumi səfərbərlik elan olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə prezident Volodimir Zelenski müvafiq fərman imzalayıb.
Sərəncama uyğun olaraq Kiyevdə və Ukraynanın bütün vilayətlərində 90 gün ərzində səfərbərlik həyata keçiriləcək.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına səfərbərliyin qaydasını və həcmini müəyyən etmək, Nazirlər Kabinetinə isə bütün tədbirlərin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top