
"Rusiya qoşunlarının Ukraynaya hücumu nəticəsində onlarla ukraynalı həlak olub".
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.
“Artıq Ukrayna ərazisinə minlərlə raket və mərmi atılıb. Onlarla, hətta yüzlərlə ukraynalı artıq həlak olub. Daha minlərlə olacaq”, - o bildirib.