"ABŞ və müttəfiqləri Rusiyanın Ukraynaya hücumuna cavab verəcək"


“ABŞ və müttəfiqləri Rusiya hərbi qüvvələrinin Ukraynaya əsassız hücumuna vahid və qəti şəkildə cavab verəcəklər”.
Yeniavaz.com
“reuters”ə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Ukraynanın paytaxtı Kiyevdə partlayış səslərinin eşidilməsi ilə bağlı məlumatlar yayıldıqdan sonra deyib.
“Prezident (Vladimir) Putin fəlakətli insan itkisi və insan iztirabları gətirəcək əvvəlcədən düşünülmüş müharibəni seçdi. Bu hücumun gətirəcəyi ölüm və dağıntılara görə yalnız Rusiya cavabdehdir. Dünya Rusiyaya cavab verəcək”, - deyə Bayden bildirib.
Bayden gün ərzində ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı tətbiq edəcəyi əlavə nəticələri açıqlayacağını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top