
"Qaraheybətdə qəzaya uğrayan helikopterin qara qutusunun Avropa ölkəsində oxunmasını təmin etdik. Eyni zamanda müxtəlif dövlət qurumlarından mütəxəssislər cəlb olundu. Müvafiq trenajor avadanlığında həmin helikopterin hərəkətlərini imitasiya edən fəaliyyəti qura bildik. Nəticə göz qabağında oldu: pilotların səhlənkarlığı və idarəetmənin aparılmasında yol verilən səhvlər müvafiq qəzanın baş verməsinə səbəb olub".
Yeniavaz.com xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.
“Hazırki dövrədək cinayət işi üzrə istintaq davam etdirilir. Cinayət işi çərçivəsində bu prosesin gedişində yol verilmiş digər qanun pozuntularının araşdırılması əsas istiqamətimizdir. Hazırkı tarixə qədər yekun qərar qəbul edilməyib”, - deyə o bildirib.