Slovakiya prezidenti ABŞ-la hərbi sazişi təsdiqlədi


Slovakiya prezidenti Zuzana Çaputova ictimai etirazlara baxmayaraq, ABŞ-la hərbi əməkdaşlıq haqqında saziş imzalayıb və bununla da respublikada sənədin ratifikasiyası prosesi başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Slovakiya televiziyası məlumat yayıb.
Müqavilənin müzakirəsi deputatlar arasında sərt tənqidlərlə müşayiət olunub. Müxalifət nümayəndələri onun Birləşmiş Ştatlar üçün birtərəfli üstünlüyünü vurğulayıblar və respublikanın suverenliyini itirəcəyi barədə xəbərdarlıq ediblər.

 

DİGƏR XƏBƏRLƏR

Top