Rusiyanın Şimal Donanmasının gəmiləri Aralıq dənizinə girdi


Rusiyanın Şimal Donanmasının üç gəmisi Aralıq dənizinə daxil olub. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə donanmanın mətbuat xidməti məlumat yayıb.
“Marşal Ustinov” raket kreyseri, “Admiral Kasatonov” və “Vitse-Admiral Kulakov” adlı böyük sualtı qayıq əleyhinə gəmidən ibarət Şimal Donanmasının gəmilər dəstəsi Cəbəllütariq boğazı vasitəsilə Aralıq dənizinə daxil olub.
Mətbuat xidmətinin məlumatına görə, yaxın vaxtlarda Şimal Donanmasının gəmilərinin ekipajları Aralıq dənizində baş tutacaq donanmalararası təlimdə iştirak edəcək və Qara dənizin hərbi dənizçiləri ilə qarşılıqlı şəkildə fəaliyyət göstərəcəklər.

 

DİGƏR XƏBƏRLƏR

Top