Masallıda evdən 15 kq narkotik götürülüb - FOTOLAR


Masallı sakininin evindən 15 kiloqramdan artıq narkotik aşkarlanıb. Araşdırmalarla onun narkotik vasitə satdığı şəxslər də müəyyən edilərək saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Aləddin Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb. A.Məmmədovun yaşadığı evə keçirilən baxış zamanı oradan 7 kiloqram 154 qram heroin, 1 kiloqram 670 qram tiryək, 6 kiloqram 205 qram marixuana, 88 qram metamfetamin və elektron tərəzi aşkarlanıb. Əməliyyat-axtarış tədbirlərinin davamı nəticəsində Aləddin Məmmədovun narkotik vasitə satdığı Masallı rayon sakinləri, əvvəllər məhkum olunmuş Rəsul Baxşiyev və Elçin Nuriyev də müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı onların üzərindən narkotik vasitə - heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top