Ermənistan prezidentinin istefası qüvvəyə mindi


“Ermənistan Milli Assambleyası prezident Armen Sarkisyandan yeni bəyanat almayıb. O, istefa ərizəsini geri götürmək istəmədiyini də nümayiş etdirib”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Sputnik Ermənistan”a parlament sədrinin mətbuat katibi Tsovinar Xaçatryan deyib.
Xatırladaq ki, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. O, bildirib ki, mövcud Konstitusiya onun potensialından sistemli daxili və xarici siyasət problemlərini həll etmək üçün istifadə etməyə imkan vermir. Prezidentin sözlərinə görə, ona xarici və iqtisadi siyasətə, diasporla əlaqələrə təsir mexanizmlərinin yaradılacağı vəd edilib, lakin bu, baş tutmayıb.
Qeyd edək ki, “Parlamentin reqlamenti haqqında” qanuna əsasən, prezidentin istefası yeddi gün ərzində ərizəsini geri götürmədiyi təqdirdə qüvvəyə minir. Həmin yeddi gün 30 yanvarda tamamlandı. Beləliklə, prezidentin istefası qüvvəyə minmiş hesab olunur.

DİGƏR XƏBƏRLƏR

Top