Zelenski: “Putinlə istənilən formatda görüşməyə hazıram, ancaq...”


Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə istənilən formatda görüşməyə hazır olduğunu bildirib. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, o, bu barədə "Ukrayna-24" telekanalının yayımladığı xarici KİV nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında bildirib.
“Görüşmək istəyirəm, heç bir formatdan qorxmuram, hazıram”, - deyə o bildirib.
Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ikitərəfli münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün Zelenskini Rusiyada qəbul etməyə hazır olduqlarını, lakin Ukrayna lideri Donbas məsələlərini nəzərdən keçirmək niyyətindədirsə, o zaman müvafiq mövzu üzrə təmas qrupu ilə əlaqə saxlamalı olduğunu bildirib. O, mümkün görüş yerləri kimi Moskva, Sankt-Peterburq və Soçinin adını çəkib. Buna cavab olaraq Zelenski görüşün Soçidə olmamasını istəyib:
"Niyə məni Soçiyə dəvət edirsiniz? Xizək sürmək üçün? Yaxşı, gəlin Odessada görüşək, dənizdə çimək. Mən ciddi dialoqdan danışıram”.
 

DİGƏR XƏBƏRLƏR

Top