“Rusiya 44 günlük savaşda bizim dövlət sərhəddimizi pozub”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri “Reaksiya TV”nin efirində hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, rus ordusu Bakını qoruyan hərbi obyektlərin yerlərini müəyyənləşdirib:
“ Xəzər dənizi üzərində, hansı ərazidə ki biz S-300 raketlərini yerləşdirmişdik, gəlib onların ərazisini çəkmişdi. Biz məcburiyyət qarşısında qalıb, bir gecənin içində Müdafiə Nazirliyinin rəhbərliyi, Hərbi Hava Qüvvələrinin komandanlığı, bu gün onlar o haqda danışmırlar, rəsmidir deyə, amma mənim dəqiq məlumatım var ki, gecə ilə hansı qərar qəbul edildi, səhərə qədər möhtəşəm iş görüldü. Həmin hərbi obyektlərin, İsraildən aldığımız hərbi obyektlərin yerini dəqiqləşdirmək üçün çəkdilər. 44 günlük savaşla bağlı bizim bildiklərimiz 10-15 faizdir. İllər sonra biz elə xəbərlər eşidəcəyik ki, hansı ki indi biz o haqda danışa bilmirik”.