4-cü doza peyvənd hansı halda tələb olunacaq?

“Azərbaycanda epidemioloji vəziyyətdən asılı olaraq, peyvəndin 4-cü dozası tələb oluna bilər”.

Yeniavaz.com xəbər verir ki, bunu Modern.az-a açıqlamasında həkim-infeksionist Nicat Əzimli deyib.

Həkimin fikrincə, 3 doza vaksin effektiv spesifik immun cavabın formalaşması üçün yetərlidir:

“Lakin bəzən növbəti dozanın tətbiqinə də ehtiyac yarana bilər. Bu da fərdin orqanizminin vəziyyəti, risk faktorları nəzərə alınaraq təyin olunur”.

Nicat Əzimli qeyd edib ki, koronavirusa yoluxmaların sürətlə artmasının əsas səbəbi hazırda yayılmaqda olan hiper-kontaqioz xüsusiyyətli “Omikron” variantıdır.

Həkim deyib ki, qarşıdakı bir neçə həftə ərzində yoluxmaların sayında artım davam edəcək.

Qeyd edək ki, son günlər dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da virusa yoluxma halları artmaqdadır. 

Son sutka ərzində Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3361 yeni yoluxma faktı qeydə alınıb, 1132 nəfər müalicə olunaraq sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top