Dünyanın ən güclü ordularının YENİ SİYAHISI – Azərbaycan və Ermənistan arasında...


“Global Fire Power” 2022-ci ilin ən güclü ordularının reytinq siyahısını təqdim edib.
Yeniavaz.com xəbər verir ki, siyahı hərbi güc və maliyyə imkanlarından tutmuş maddi-texniki imkanlara və coğrafiyaya qədər müxtəlif fərdi faktlara əsasən müəyyən edilib.
Azərbaycan dünyanın ən güclü orduları arasında 63-cü yeri tutub.
Qonşu ölkələrdən Rusiya 2-ci, Türkiyə 13-cu, İran 14-cü, Gürcüstan 88-ci, Ermənistan 97-ci yerdə qərarlaşıb.

Siyahıda ilk onluq belədir:
1. ABŞ
2. Rusiya
3. Çin
4. Hindistan
5. Yaponiya
6. Cənubi Koreya
7. Fransa
8. Böyük Britaniya
9. Pakistan
10. Braziliya

Siyahıda son yerlərdə isə bu ölkələr qərarlaşıb:
136. Syerra-Leone
137. Liberiya
138. Somali
139. Kosovo
140. Butan
 

DİGƏR XƏBƏRLƏR

Top